Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında

Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında
XƏBƏR 25 Avqust 2023 / 12:18 1325
-  A +

FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında iştirak edəcək.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/24 yay kursunda iştirak edəcək. Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilmiş referilər dəvət edilib.

Toplantının əsas məqsədləri bunlardır:

- UEFA-nın əvvəlki mövsümdəki oyunlarının təcrübəsini öyrənmək;
- Yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq;
- İştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaq.

E.Məsiyev isə 29-31 avqust tarixlərində UEFA-nın baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqramda iştirak edəcək. 


Son xəbərlər
topaz banner