"Çelsi" 18 yaşlı futbolçu aldı

"Çelsi" 18 yaşlı futbolçu aldı
XƏBƏR 24 Avqust 2023 / 18:57 1665
-  A +

"Çelsi" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. London təmsilçisi "Santos"un hücumçusu Devid Vaşinqtonu heyətinə qatıb.

"Çelsi" 18 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalayıb. Sözləşmədə 1 illik uzadılması variantı da yer alıb.

Jurnalist Fabrizio Romanonun yadığı məlumata görə, "Çelsi" braziliyalı üçün 16 milyon avro ödəyəcək. Daha 4 milyon avro isə bonus olaraq veriləcək.

Qeyd edək ki, Vaşinqton "Santos"un yetirməsidir. O, bu mövsüm Braziliya çempionatında 9 oyunda 2 qol vurub.


Son xəbərlər
topaz banner