Emerik Laport rəsmən Səudiyyə Ərəbistanı klubunda

Emerik Laport rəsmən Səudiyyə Ərəbistanı klubunda
XƏBƏR 24 Avqust 2023 / 18:22 2303
-  A +

Bu gün "Mançester Siti"dən ayrılan Emerik Laport Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə keçib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ispaniyalı futbolçu 2018-ci ildən “Mançester Siti”də çıxış edirdi. O, ütün turnirlərdə 180 oyuna çıxıb, 12 qol vurub və 4 qolun ötürməsini verib. Laport bu müddət ərzində 13 kubok qazanıb.


Son xəbərlər
topaz banner