“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Bu gün böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”.
Qol.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” klubunun hücumçusu İsa Atayev UEFA Çempionlar Liqasının ilk matçında Türkiyənin “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbəni şərh edərkən deyib.
Hesabda üstünlüyün əldə olunmasında pay sahibi olan Atayev sözügedən matçda dubl edib. O, xüsusilə özünün vurduğu birinci qolla diqqət çəkib. Qapıçının başı üzərindən topu tora qovuşduran hücumçu təəssüratlarını bu cür ifadə edib: “Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı bir qol alındı”.
İsa Atayev bu gün qarşılaşacaqları “Yahn Regensburq” haqda da danışıb: “Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. Bu gün onlar da ilk oyununu keçirdilər. Rəqibləri liderliyə iddialı “Riqa” komandası idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu