Lyublyana stadionu “Qarabağ”ı Azərbaycan dilindəki sözlərlə qarşıladı - Şəkil

Lyublyana stadionu “Qarabağ”ı Azərbaycan dilindəki sözlərlə qarşıladı - Şəkil
XƏBƏR 23 Avqust 2023 / 21:54 9193
-  A +

"Qarabağ” bu gün Lyublyanada məşqə çıxıb.

Qol.az xəbər verir ki, hazırlıq “Stojitse” stadionunda keçirilib. Sabah bu arenada Ağdam təmsilçisi Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq. Avropa Liqasının pley-off mərhələsi çərçivəsindəki ilk matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qeyd edək ki, bu gün məşq zamanı maraqlı hadisə baş verib. Arenanın monitorunda “Qarabağ”a hörmət əlaməti olaraq Azərbaycan dilində “Xoş gəldiniz” sözləri yazılıb. Bununla bağlı şəkli "Qarabağ"ın direktoru Emrah Çelikel özünün sosial media hesabında paylaşıb.


Son xəbərlər
topaz banner