Arda Gülerin "Real"da debüt edəcəyi tarix müəyyənləşdi

Arda Gülerin "Real"da debüt edəcəyi tarix müəyyənləşdi
XƏBƏR 23 Avqust 2023 / 16:55 6417
-  A +

Bu yay "Fənərbaxça"dan "Real"a transfer olunan Arda Gülerin Madrid təmsilçisində debüt edəcəyi tarix müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Hazırda zədəli olan 18 yaşlı yarımmüdafiəçinin 1 aya tam sağalacağı bildirilib. Qeyd olunur ki, Güler sentyabrın 27-də "Las Palmas"la görüşdə meydana çıxacaq. Bu halda o, "kral klubu"nda rəsmi debütünü edəcək.

Qeyd edək ki, "Real" iyul ayının 7-də Arda ilə 6 illik müqavilə imzalayıb. Türkiyə millisinin üzvü iyulun 23-də məşq zamanı zədə alıb.


Son xəbərlər
topaz banner