Messi tarixin ən titullu futbolçusudur

Messi tarixin ən titullu futbolçusudur
XƏBƏR 23 Avqust 2023 / 15:27 2999
-  A +

"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu olub.

Qol.az xəbər verir ki, 36 yaşlı forvard "İnter Mayami"nin heyətində 3 gün əvvəl MLS + MX Liqa Kubokunu qazanıb. Bu, onun karyerasında 44-cü kubokdur.

Messi belə nəticə ilə 43 titul qazanmış 40 yaşlı braziliyalı müdafiəçi Dani Alveşi üstələyib.

Messi "Barselona" ilə 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 3 dəfə Klublararası Dünya Kubokunu və Avropa Superkubokunu qazanıb. O, PSJ-nin tərkibində 2 dəfə Fransa çempionu, 1 dəfə ölkə Superkubokunun qalibi olub. 

Lionel Argentina millisi ilədünya kubokunu, Amerika kubokunu qazanıb, Olimpiadanın, gənclər arasında dünya çempionatının və Finalissimanın qalibi olub.


Son xəbərlər
topaz banner