“Oyunların keçiriləcəyi Salaspils İdman Sarayı bizə tanışdır. İki il əvvəl də ilkin mərhələnin oyunlarını bu arenada keçirmişdik. Dünən də həmin məkanda məşqimizi etdik. Yoldan gəlməyimizə və yorğun olmağımıza baxmayaraq, baş məşqçinin dediklərini etməyə çalışdıq".
Qol.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” futzal komandasının kapitanı Emin Kürdov Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.
Sabah UEFA Çempionlar Liqasında ilkin mərhələyə start veriləcək. Dünən səfərə yollanan ölkə çempionu “Araz-Naxçıvan” Latviyada ilk məşqini reallaşdırıb. E.Kürdov isə komandanın düşərgəsindəki ab-havadan danışıb:
"Bu gün oyunöncəsi son çalışmamızı reallaşdıracağıq. Təxminən 1 saat davam edəcək. Yəqin ki, taktiki planda son tapşırıqları yerinə yetirəcəyik”. Kapitan səfəröncəsi Bakıda keçirdikləri yoldaşlıq oyunlarının əhəmiyyətindən də söz açıb: “Hər iki oyunun bizə çox xeyir oldu. İlk matçda komanda üzvləri arasındakı anlaşılmazlıq sezilirdi. Çünki buna qədər ancaq məşqlər etmişdik, oyun keçirməmişdik. Məşqçilər səhvlərimizi gördü, çatışmazlıqları aşkarladı. İkinci görüş bizim üçün daha yaxşı keçdi. Həmin səhvləri təkrarlamamağa çalışdıq. Baş məşqçinin qeyd etdiyi kimi, oyunlara təxminən 80 faiz hazırıq”.
Təcrübəli qolkiper hər 3 görüşə ciddi yanaşmağın vacibliyini qeyd edib: “Düzdür, etdiyi transferlərə və meydan sahibi olduğuna görə əksəriyyət “Riqa”nı əsas rəqib kimi dəyərləndirir. Onlar Argentina millisinin bir neçə üzvü, eləcə də futzalın “Messisi” hesab olunan Rikardinyo ilə anlaşıblar. Amma Almaniya çempionunu da yaddan çıxarmaq olmaz. Bildiyim qədər heyətlərinə 6 braziliyalı futzalçı cəlb ediblər. Onlarla da oyun asan olmayacaq. Ümumiyyətlə hər 3 matçda qazanılacaq nəticə bir-birindən əhəmiyyətlidir”.
Kürdov “Araz-Naxçıvan”ın da Çempionlar Liqasının oyunlarına yaxşı hazırlaşdığını qeyd edib: “Təlim-məşq toplanışı keçirdik, heyətimizə yeni futzalçılar cəlb olundu. Deyərdim ki, yaxşı komandamız var. Həm fərdi planda seçilən, həm də hər mövqedə “ağalıq” edə bilən oyunçular cəlb olunub. Yeganə problem yoldaşlıq matçlarını az keçirməyimiz və meydanda anlaşmanın zəif olması ilə bağlıdır”.
O, məşqçilər korpusu haqda da danışıb: “Hazırkı məşqçilər korpusu yenidir. Düzdür, Rayiç vaxtilə Çempionlar Liqasında məşqçi kimi iştirak edib, yaxşı nəticə qazanıb. “Araz-Naxçıvan”la yeni səhifə açacaqlar. Hər kəsə uğurlar arzulayıram. Məqsədimiz növbəti mərhələyə yüksəlmək, “Araz-Naxçıvan”ın əvvəlki nüfuzunu geri qaytarmaq, Azərbaycan futzalına əlavə reytinq xalları qazandırmaqdır. Bakıya qrup lideri kimi qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edə ki, ölkə çempionu sabah “İstanbul Şişli”, ertəsi gün “Yan Regensburq”, avqustun 26-da isə “Riqa” ilə üz-üzə gələcək.
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı