"Qarabağ"ın yeni transferindən paylaşım

"Qarabağ"ın yeni transferindən paylaşım
XƏBƏR 22 Avqust 2023 / 16:09 5855
-  A +

"Qarabağ"ın yeni transferi Mateus da Silva "İnstaqram" səhifəsində paylaşımlar edib.

Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi əvvəlcə “Lokomotiv”lə (Plovdiv) vidalaşıb. O, daha sonra “Qarabağ”a keçidinə görə xoşbəxt olduğunu yazıb:

"Bu gün mən bu böyük klub olan "Lokomotiv"lə vidalaşıram. Çox xoşbəxt olduğum və əbədi olaraq mənimlə qalacaq çoxlu dost qazandığım yerdəyəm. Mən prezidentə, işlədiyim texniki heyətdəki hər kəsə və heç bir şeyin əskik olmamasına zəmanət verən bütün işçilərə təşəkkür edirəm.

Bizi hər zaman dəstəkləyən, mənə hər zaman xüsusi sevgi göstərən bütün "Lokomotiv" azarkeşlərinə təşəkkür etmək istəyirəm. Siz klub üçün çox özəlsiniz.

Həyatımda Tanrının planlarından birini yerinə yetirmək üçün xoşbəxt və motivasiyalıyam".

Qeyd edək ki, Silva "Qarabağ"la 2+2 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner