“Qarabağ” böyük klubdur” - Lunyevin agenti

“Qarabağ” böyük klubdur” - Lunyevin agenti
XƏBƏR 21 Avqust 2023 / 16:59 3769
-  A +

"Qarabağ"ın yeni transferi Andrey Lunyevin meneceri Anton Smirnov qolkiperin Ağdam təmsilçisinə keçidi haqqında fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.

O, Azərbaycanda mehriban qarşılandıqlarını bildirib və transferin təşkilində əməyi keçənlərə təşəkkür edib: “Bakıdan evə qayıdıram. Azərbaycan bizi çox mehriban qarşıladı. Hər mənada... Transferin və Bakıda qalmağımızın təşkilinə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Əməyi olan hamıya -  klub nümayəndələri, klub rəhbərliyi, məşqçilər heyəti, həkimlər, inzibatçılar, köməkçilər və başqalarına minnətdarıq. Hər şey mümkün qədər peşəkar və qısa müddətdə aparıldı. Həmçinin keçid üçün lazım olan addımları dərhal atdığı üçün "Bayer"ə təşəkkür etmək istəyirəm. Dostum və tərəfdaşım Denis Sarsaniya da son bir neçə ayda bizə dəstək oldu və kömək etdi. Bu müddət ərzində göstərdiyi dəstəyə, məsləhətlərinə, tövsiyələrinə, işimə verdiyi qiymətə görə German Tkaçenkoya xüsusi təşəkkürümü bildirmək istəyirəm".

Menecer bildirib ki, transferin rellaşdırılması yolunda bir çox maneə ilə qarşılaşıblar: "Dostum və tərəfdaşım Denis Sarsaniya da son bir neçə ayda bizə dəstək oldu və kömək etdi. Çox çətin idi, çoxlu maneələr, eniş-yoxuşlar, ünsiyyət, təmaslar, danışıqlar oldu. Hər şeyə rəğmən birlikdə getdiyimiz, hər çətin anda yan-yana olduğumuz uzun yola görə Andreyə minnətdaram. Mənə qara yaxanlara, məni müxtəlif çoxsaylı virtual əməliyyatlardan uzaqlaşdırmağa çalışanların böyük ordusuna baxmayaraq, biz Andreylə yolumuza davam edirik. Bu, sizin sayənizdədir. Biz daha da güclənəcəyik".

O, Lunyevin "Qarabağ"a keçidini uğurlu transfer hesab etdiyini qeyd edib: “Heç kim bizim nə etdiyimizi anlamır və indiki şəraitdə bu keçidə lazımi qiymət vermir. Bir çox fikirlər səsləndirildi. Tanrı bu insanları görür. Çox danışdılar, danışdılar... Əminəm ki, "Qarabağ" və Andrey yaxşı iş görəcəklər və bu, səmərəli əməkdaşlıq olacaq. Onsuz da hazırda "Qarabağ" böyük klubdur. Bunu bütün proseslərin təşkilindən də görmək olar. Bundan əlavə, klub yalnız brendini qoruyub inkişaf etdirəcək".

Anton paytaxtımızın onu özünə aşiq etdiyini bildirib: "Mən bu 3 gündə Bakıya aşiq oldum. Mütləq buraya qayıdacağam. Bakı heç bir mübaliğəsiz gözəl şəhərdir".

Qeyd edək ki, "Qarabağ" ötən gün 32 yaşlı qolkiperlə 1+1 sxemi ilə müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner