"Mançester Siti" onunla razılaşdı

"Mançester Siti" onunla razılaşdı
XƏBƏR 21 Avqust 2023 / 13:18 3050
-  A +

"Mançester Siti" "Renn"in futbolçusu Ceremi Dokunu transfer etməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. “Mançester Siti” 21 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. İndi klublar futbolçunun transfer şərtlərini müzakirə edirlər. Danışıqların yaxında yekunlaşacağı və tərəflərin müqavilə imzalayacağı bildirilib. 

Daha əvvəl qeyd olunmuşdu ki, "Renn" Doku üçün 45 milyon funt-sterlinq istəyir .

Belçikalı bu mövsüm Liqa 1-də 2 matçda 1 qol vurub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner