Dadaşov “Dinamo”ya qələbə qazandırdı

Dadaşov “Dinamo”ya qələbə qazandırdı
XƏBƏR 20 Avqust 2023 / 12:18 3032
-  A +

Almaniyanın Şimal-Şərq Regional Liqasında 4-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su səfərdə “Eulenburq” la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. R.Dadaşov start heyətdə meydana daxil olub və sonadək oynayıb. O, görüşdə dubla imza atıb. Azərbaycan millisinin sabiq üzvü 44 və 74-cü dəqiqələrdə fərqlənib. Bu, Rüfətin 2023/2024 mövsümündə vurduğu 4-cü qol olub.

"Eulenburq" - "Dinamo" (Berlin) - 1:3
Qollar:
Seydel, 29 (1:0), Rüfət Dadaşov, 44 (1:1), 74 (1:2), Zoqyani, 90+5 (1:3)

Qeyd edək ki, "Dinamo" hazırda 7 xalla 4-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner