Musa Qurbanlı İsveçdə növbəti oyuna çıxdı

Musa Qurbanlı İsveçdə növbəti oyuna çıxdı
XƏBƏR 20 Avqust 2023 / 18:58 8911
-  A +

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 20-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Malmö"nün qonağı olub. Matç 0:0 hesabı ilə yekunlaşıb. Musa Qurbanlı start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə Noel Milleskoqla əvəzlənib.

Bu nəticədən sonra "Malmö" turnir cədvəlində 42 xalla 3-cü, "Yurqorden" 34 xala 4-cüdür. Turnir cədvəlinə 44 xalla "Hekken" başçılıq edir.


Son xəbərlər
topaz banner