Buffon: "Tarixin ən yaxşı qapıçısı mən deyiləm"

Buffon: "Tarixin ən yaxşı qapıçısı mən deyiləm"
XƏBƏR 19 Avqust 2023 / 10:17 2890
-  A +

Əfsanəvi qapıçı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı olduğunu düşünmür.

Qol.az xəbər verir ki, bu barədə öz açıqlamasında bildirib. O, ispaniyalı qolkiper İker Kasilyası tarixin ən yaxşısı adlandırb: “Bütün zamanların ən yaxşı qapıçısı olduğumu düşünən insanlara təşəkkür edirəm, amma elə deyiləm. Karyeramı uzun müddət davam etdirdiyim üçün belə düşünürlər. Amma mənim üçün bütün zamanların ən yaxşı qapıçısı İspaniyadandır - İker Kasilyas. O, Avropanın ən böyük klubunda oynayıb və həm klubla, həm də milli komanda ilə titullar qazanıb”.

Qeyd edək ki, avqustun 2-də Buffon karyerasını başa vurduğunu elan edib. Canluici "Parma"nın yetirməsidir. O, 1995-ci ildən 2001-ci ilə kimi bu klubda oynayıb,  Daha sonra italyalı qapıçı 2018-ci ilə qədər "Yuventus" da oynayıb. Canluici 1 mövsümü PSJ-də keçirdikdən sonra yenidən "Yuventus"a qayıdıb. Futbolçu 2021-ci ildən "Parma"da çıxş edirdi. 

1997-ci ildən İtaliya millisində oynayan Buffon 2010-cu ildə yığmanın kapitanı olmuşdu. O, 2018-ci ildə komandadan ayrılıb.

Qolkiper 5 dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə o, mundialın qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib.


Son xəbərlər
topaz banner