"Milan"ın və Niderland millisinin sabiq üzvü Marko van Basten məşhur oyunçu, hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo haqqında danışıb.
Qol.az xəbər verir ki, o, özü ilə portuqaliyalı forvardı müqayisə edərək maraqlı fikirlər səsləndirib:
“İndiki oyunçulardan hansı mənə bənzəyir? Kriştiano Ronaldo buna yaxındır. Amma fiziki cəhətdən daha güclüdür. Onun 38 yaşı var və hələ də oynayır. Amma 38 yaşıma kimi oynasam, nə olacağını görmək istərdim. Düşünürəm ki, Ronaldodan daha yaxşı olardım”.
Qeyd edək ki, Van Basten “Ayaks”da 172 oyunda 152 qola, “Milan”da isə 201 matçda 125 qola imza atıb. Hücumçu 31 yaşında xroniki zədə səbəbindən karyerasını başa vurub.
38 yaşlı Ronaldo isə Səudiyyə Ərəbistanının "Əl-Nəsr"inə keçdikdən sonra 25 matçda 20 qol vurub .
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video