"Oyundan əvvəl komanda yoldaşlarıma hələ ki, heç nəyin bitmədiyini demişdim. Bilirdim ki, "Sabah"a qalib gəlib pley-offa vəsiqə qazana bilərik. Şadam ki, bacardıq. Mən həyatımda heç vaxt belə hisslər yaşamamışam".
Qol.az xəbər verir ki, bu sözləri "Partizan"ın qapıçısı Aleksandr Yovanoviç “Sportal.bg” saytına açıqlamasında deyib.
Serbiyalı qolkiper penaltilərdə Namik Ələskərovun zərbəsini dəf etməsi haqda bildirib:: "Namik Ələskərovun topu hansı istiqamətə vuracağını bilirdim. Çünki o, həmişə sağ küncə zərbə endirir. İlk uğursuz cəhddən sonra bəzi futbolçular eyni yerə vurmamaq haqda düşünürlər. Amma bilirdim ki, Namik böyük məsuliyyət daşıdığından qərarını dəyişməyəcək".
Xatırladaq ki, 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda "Partizan"a 2:0 hesabı ilə qalib gələn "Sabah" Belqradda eyni hesabla uduzduğundan görüşdə penaltilər seriyası olub və burada "Partizan" daha dəqiq olaraq (5:4) mərhələ adlayıb.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video