"Liverpul"dan yeni transfer

"Liverpul"dan yeni transfer
XƏBƏR 18 Avqust 2023 / 16:55 2483
-  A +

"Liverpul" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Mersisaydlılar" "Ştutqart"dan Vataru Endonu transfer ediblər.

30 yaşlı yarımmüdafiəçi yeni komandasında 3 nömrəli formanı geyinəcək. Endonun "Liverpul" ilə müqaviləsinin müddəti açıqlanmasa da, sözləşmənin uzunmüddətli xarakter daşıdığı qeyd edilir.

Əlavə edək ki, Endo 2019-cu ildən "Ştutqart"da çıxış edirdi. Almaniya klubu onu Belçikanın “Sent Truiden” klubundan 1,7 milyon avroya alıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner