PSJ-nin futbolçusu Serxio Riko qəzadan 82 gün sonra xəstəxanadan buraxılıb.
Qol.az xəbər verir ki, o, mayın 28-də İspaniyada at sürərkən başından zədə alıb. Serxio atdan yıxılıb və at onu təpikləyib. 29 yaşlı qolkiperin beyin qanaması olub. Futbolçu təxminən 3 həftə komada qalıb .
Rikonun futbola qayıtmasının çətin olduğu iddia edilir . Xəstəxanada keçirdiyi müddətdə Serxio 20 kq-dan çox arıqlayıb və əzələ kütləsini itirib, nitqində problemlər yaranıb.
Bu gün Riko Sevilyadakı Virgen del Rokio xəstəxanasından buraxılıb. Qapıçının həyat yoldaşı Alba Silva sosial şəbəkədə evə qayıtdıqlarını bildirib.
Riko sonuncu dəfə 2022-ci ilin mayında icarə əsasında "Malyorka"da oynadığı vaxt meydana çıxıb. Onun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video