"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ klubuna transferindən danışıb.
Qol.az tennessean.com-a istinadən xəbər verir ki, 36 yaşlı forvard MLS təmsilçisinə keçidinə uşaqları və həyat yoldaşı ilə birlikdə qərar verdiyini deyib:
“Komandaya böyük həvəslə və yaxşı nəticələr əldə etmək istəyi ilə gəlmişəm. Mən bütün karyeram boyunca bunu etmişəm. Finala çıxmaq bizim üçün sürpriz olsa da, buna hazırlaşırdıq.
ABŞ liqasına keçmək üçün bir neçə səbəbim var idi. Həyat yoldaşım və uşaqlarımla birlikdə qərar verdik. Mən buraya futboldan həzz almaq üçün gəlmişəm. Və qərarımdan çox məmnunam.
"Barselona"dan PSJ-yə keçid çətin oldu. “İnter Mayami”yə transfer isə tamam başqa məsələdir”.
Xatırladaq ki, Messi bu yay transfer pəncərəsində "İnter Mayami"yə keçmişdi. Argentinalı futbolçu bu mövsüm 6 matçda iştirak edib, 9 qol vurub və 1 qolun ötürməsini edib.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video