Qvardiola, İnzaqi, Spaletti...

Qvardiola, İnzaqi, Spaletti...
XƏBƏR 17 Avqust 2023 / 17:17 2065
-  A +

UEFA-nın mövsümün sonunda verdiyi ilin ən yaxşı məşqçisi mükafatı üçün 3 namizəd bəlli olub.

Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 2022/23 mövsümü üçün mükafatın finalçıları “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, “İnter” baş məşqçisi Simone İnzaqi və “Napoli”nin baş məşqçisi Luçano Spalettidir.

Final üçlüyü ötən mövsüm avrokuboklarda çıxış etmiş klubların məşqçiləri, UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçiləri, eləcə də seçilmiş jurnalistlərdən ibarət qrup tərəfindən seçilib.

Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq.


Son xəbərlər
topaz banner