"Qəbələ"nin futbolçusu cəzalandırıldı

"Qəbələ"nin futbolçusu cəzalandırıldı
XƏBƏR 17 Avqust 2023 / 12:55 1339
-  A +

AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edilib. Buna səbəb hücumçunun Misli Premyer Liqasının 2-ci turunda "Araz-Naxçıvan"la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması olub.

Məsələyə görə "Qəbələ" 2000 manat cərimələnib.

Qeyd edək ki, "Qəbələ" sözügedən matçda "Araz-Naxçıvan"aa 0:2 hesabı ilə uduzub.


Son xəbərlər
topaz banner