Qvardiola bunu bacaran ilk məşqçidir

Qvardiola bunu bacaran ilk məşqçidir
XƏBƏR 17 Avqust 2023 / 09:05 4115
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni uğura imza atıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Mütəxəssis tarixdə 3 klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub.

Ötən gecə onun komandası UEFA Superkuboku uğrunda görüşdə "Sevilya"ya qalib gəlib (1:1, penaltilər seriyası - 5:4).

Əvvəllər Qvardiola 2009-cu və 2011-ci ildə "Barselona" ilə, 2013-cü ildə isə "Bavariya" ilə bu kuboku qazanıb.

Qeyd edək ki, Pep 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir.


Son xəbərlər
topaz banner