Azərbaycanın daha bir taekvondoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir taekvondoçusu Avropa çempionu oldu
XƏBƏR 16 Avqust 2023 / 18:28 659
-  A +

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında uğurlu nəticəyə qazanıb.

Qol.az xəbər verir ki, 80 kq (K44) çəki dərəcəsində çıxış edən idmançımız qızıl medala yiyələnib.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K 44) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.


Son xəbərlər
topaz banner