"Mançester Yunayted"dən "Bayer"ə

"Mançester Yunayted"dən "Bayer"ə
XƏBƏR 15 Avqust 2023 / 12:38 2344
-  A +

"Mançester Yunayted" futbolçusu Matey Kovarjı satıb.

Qol.az xəbər verir ki, 23 yaşlı qapıçı karyerasını "Bayer"də davam etdirəcək. Bu haqda Almaniya təmsilçisinin saytı məlumat yayıb. Qolkiper ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. O, "Bayer"də 17 nömrəli formanı geyinəcək. 

Daha əvvəl bildirilirdi ki, "Mançester Yunayted" transferdən 9 milyon avro qazanacaq.

Qeyd edək ki, Kovarj 2018-ci ildən "Mançester Yunayted"in futbolçusu idi. Bu müddət ərzində qapıçı “qırmızı şeytanlar”ın gənclər və aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm Kovarj "Sparta"da icarə əsasında çıxış edib. Qapıçı 32 oyun keçirib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner