Keyn Londona qayıdacaq

Keyn Londona qayıdacaq
XƏBƏR 14 Avqust 2023 / 16:26 5300
-  A +

"Tottenhem"dən "Bavariya"ya keçən Harri Keyn Almaniyaya gedərkən London təmsilçisindəki komanda yoldaşları ilə vidalaşmayıb.

Qol.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. Transfer qəfil reallaşdığı üçün 30 yaşlı hücumçu "Tottenhem"in futbolçuları ilə vidalaşmağa vaxt tapmayıb. O, özəl təyyarə ilə Münhenə yollanarkən sadəcə "Tottenhem"in Votsap qrupuna vida mesajı göndərib. 

Keyn "Tottenhem"dən pis bir şəkildə ayrılmaq istəmədiyi üçün yaxında uyğun bir şəkildə vidalaşmaq məqsədi ilə Londona qayıdacaq. 

Qeyd edək ki, "Bavariya" Keyn ilə 4 illik müqavilə imzalayıb. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner