Ten Haq: "Maquayr bunu sübut etməsə, getməlidir"

Ten Haq: "Maquayr bunu sübut etməsə,  getməlidir"
XƏBƏR 14 Avqust 2023 / 14:26 2510
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq futbolçusu, komandanın sabiq kapitanı Harri Maquayr haqda danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis 30 yaşlı müdafiəçini yüksək qiymətləndirsə də, onun özünü sübut etməyəcəyi halda klubdan göndəriləcəyini vurğulayıb: 

“O, yüksək səviyyəli mərkəz müdafiəçisi olmağa qadirdir. Harri İngiltərə yığmasının ən yaxşısıdır. Bəs niyə bizim üçün də ən yaxşısı olmasın? Amma o bunu sübut etməlidir. Əks-halda getməlidir. Qərar verməlidir".

İngiltərəli futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.  Harrinin "Vest Hem"lə danışıqlar apardığı barədə məlumatlar da yayılıb. Xüsusilə də bu yay kapitanlıq sarğısının ondan alınması futbolçunu komandadan ayrılmaq barədə düşünməyə vadar edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner