Neymar bu gün "Əl-Hilal" üçün tibbi müayinədən keçəcək

Neymar bu gün "Əl-Hilal" üçün tibbi müayinədən keçəcək
XƏBƏR 14 Avqust 2023 / 12:51 2807
-  A +

PSJ-nin hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. 31 yaşlı hücumçu yaxın saatlarda Parisdə tibbi müayinədən keçəcək. Neymarın bu həftə Ər-Riyadda yollanacağı "Əl-Hilal"la müqavilə bağlayacağı gözlənilir.

Braziliyalı oyunçu "Əl-Hilal"la mövsümlük 100 milyon avro maaşla 2 illik sözləşmə imzalayacaq. Səudiyyə Ərəbistanı təmsilçisi PSJ-yə təxminən eyni məbləğdə təzminat da ödəyəcək. Daha əvvəl bu mövzuda klubların razılığa gəldiyi bildirilirdi.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Forvard ötən mövsüm 29 oyunda 18 qol vurub, 17 qolun ötürməsini edib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner