"Bütün həyatımı "Barselona"da keçirmək istəyirəm"

"Bütün həyatımı "Barselona"da keçirmək istəyirəm"
XƏBƏR 13 Avqust 2023 / 15:27 1849
-  A +

"Barselona"nın yarımmüdafiəçisi Frenkie de Yonq Kataloniya klubundan ayrılmaq barədə heç vaxt düşünmədiyini etiraf edib.

Qol.az xəbər verir ki, o, bu barədə danışarkən karyerasının sonunadək Kataloniya klubunda qalmaq istədiyini deyib:

"Barselona" mənim həyatımın klubudur. Mən bütün həyatımı burada keçirmək istəyirəm və keçən yay klubun maddi durumuna baxmayaraq, heç vaxt ayrılmaq istəməmişəm. Mən uşaqlıqdan həmişə "Barselona" azarkeşi olmuşam".

26 yaşlı De Yonq "Barselona"ya 2019-cu ildə Amsterdam "Ayaks"ından keçib. Kataloniya klubu niderlandlı yarımmüdafiəçi üçün 86 milyon avro ödəyib. Böhran zamanı "Barselona" DE Yoqnu sata bilərdi, lakin onunla əmək haqqının azaldılması ilə bağlı razılığa gəlib. De Yonqun klubla ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Ötən mövsüm o, komandanın heyətində İspaniya çempionu olub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner