Ronaldo "Qızıl buts" aldı

Ronaldo "Qızıl buts" aldı
XƏBƏR 13 Avqust 2023 / 13:55 4644
-  A +

“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunun bombardiri kimi “Qızıl buts”u alıb.

Qol.az xəbər verir ki, Ərəb Çempionları Klublar Kubokunun finalında “Əl-Nəsr” “Əl-Hilal”ı 2:1 hesabı ilə məğlub edib və turnirin qalibi olub. Bu görüşdə Ronaldo dubla imza atıb.

Portuqaliyalı hücumçu ümumilikdə 6 qolla turnirin bombardiri olub. Buna görə də ona "Qızıl buts" verilib.

Qeyd edək ki, Ronaldo üçün bu kubok Səudiyyə Ərəbistanına köçdükdən sonra ilk idi.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner