Musa Qurbanlının komandası uduzdu

Musa Qurbanlının komandası uduzdu
XƏBƏR 13 Avqust 2023 / 19:03 7331
-  A +

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 19-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda səfərdə "Qoteburq"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Musa matçın 88-ci dəqiqəsində, komandası hesabda geri olduğu (1:2) vaxt meydana daxil olub.

"Yurqorden" bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cüdür. 

Xatırladaq ki, M.Qurbanlı bu ilin iyul ayının 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.

İsveç çempionatı, 19-cu tur

17:00. "Qoteburq" - "Yurqorden" - 2:1

Qollar: Milleskoq, 20 (0:1), Mukolli, 77 (1:1), Berq, 86

Baş hakim: Andres Ekberq

"Qamia Ullevi" stadionu


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner