Ronaldo həbs oluna bilər

Ronaldo həbs oluna bilər
XƏBƏR 11 Avqust 2023 / 16:57 8915
-  A +

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo matç zamanı xristian jesti etdiyi üçün həbs oluna bilər.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı qanunlarına görə qadağandır.

38 yaşlı portuqaliyalı Ərəb Çempion Klublar Kuboku çərçivəsində İraqın "Əl-Şorta" klubu ilə görüşdə (1:0) qol vurub. O, qolu qeyd edərkən xristian jesti edib.

Səudiyyə Ərəbistanında xristianların hər hansı jesti cinayət sayılır. Çünki onları nümayiş etdirən şəxsin digər insanları öz inancına çevirməyə çalışdığına inanılır.

Belə bir hərəkətin cəzası hətta həbs ola bilər. Daha əvvəl "Əl-Nəsr”in keçmiş oyunçusu Xuan Pablo Pino İsa Məsihin təsviri olan döyməyə görə həbs edilib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner