Kurtua Azərbaycan millisi ilə oyunu buraxacaq

Kurtua Azərbaycan millisi ilə oyunu buraxacaq
XƏBƏR 10 Avqust 2023 / 17:25 2622
-  A +

Belçika millisinin və "Real"ın futbolçusu zədələnib.

Qol.az "The Atletic"ə istinadən xəbər verir ki, o, Madrid təmsilçisini heyətində məşq zamanı sıradan çıxıb.  31 yaşlı qapıçının zədəsinin durumu ağır qiymətləndirilir. O, əməliyyat olunacaq.

Kurtua ən yaxşı halda gələn ilin aprelində meydana qayıda biləcək. Bu da o deməkdir ki, Belçika yığmasının qapıçısı Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinəqarşı oyunu buraxacaq.

Həmçinin qapıçının yeni mövsümdə ümumiyyətlə, meydana çıxa bilməyəcəyi ehtimalı da var.

Qeyd edək ki, Azərbaycan - Belçika oyunu sentyabrın 9-da keçiriləcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner