"Sabah"ın rəqibi hücum xəttini gücləndirdi

"Sabah"ın rəqibi hücum xəttini gücləndirdi
XƏBƏR 8 Avqust 2023 / 21:44 2015
-  A +

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Partizan" hücum xəttini gücləndirib.

Qol.az Serbiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Belqrad təmsilçisi klubun U-19 komandasından 18 yaşlı futbolçu Boqdan Mirçetiçlə peşəkar müqavilə imzalayıb. Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

Boqadan Mirçetiç ötən mövsüm öz komandası ilə gənclər liqasının qalibi olub.

Qeyd edək ki, "Sabah" və "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner