İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşəcək.
Ramik Heybətov (65 kq) moldovalı Konstantin Kirilovu (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Andranik Avetisyanla bacarmayıb - 4:10.
Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryanla (13:7) polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türkiyəli İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub – 8:8. Əhmədov bürünc medal uğrunda İvan Stoyanov (Bolqarıstan) - Muhamed Bektemirov (Avstriya) görüşünün qalibini sınağa çəkəcək.
Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidislə (9:1) polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq 1/4 finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub - 2:6. Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik