Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.
Qol.az AZƏRTAC-a istinadən xəbər verir ki, türkiyəli idmançıları salamlayan Prezident İlham Əliyev deyib:
-Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.
Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri.
Bildiyiniz kimi, Mehriban xanım və mən sizi məktubla təbrik etdik, Azərbaycana dəvət etdik. Şadam ki, siz bizim dəvətimizi qəbul edib Azərbaycana, öz doğma Vətəninizə gəlmisiniz və sizin bu gəlişiniz bir daha bizim birliyimizi göstərir.
Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.
Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdiyiniz üçün mən sizi Azərbaycan dövlətinin yüksək nişanı olan “Tərəqqi” medalı ilə təltif edirəm və indi bu medalı sizə təqdim etmək istəyirəm.
x x x
Sonra türkiyəli idmançılar Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etdiklərinə görə “Tərəqqi” medalı ilə təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Prezident İlham Əliyev medalları türkiyəli idmançılara təqdim edib.
Daha sonra xatirə şəkli çəkdirilib.
x x x
Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü: Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm, çox sağ olun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Talat Ünlü: Bu medal günün anlamı və önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərindən kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadıq. İndi də danışdıqca insanın tükləri biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər və gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra da birliyimiz, bərabərliyimiz, - hər zaman bunu söyləyirik, - iki dövlət, bir millət, amma birlikdə iri, diri və güclü olmalıyıq.
Prezident İlham Əliyev: İnşallah.
Mehriban xanım Əliyeva: İnşallah, amin.
Talat Ünlü: Bilirik ki, bizim Prezidentimizlə Siz qardaşsınız. Bu, bizim üçün çox önəmlidir. Bunu qəbul etməyinizi xahiş edirəm.
Prezident İlham Əliyev: Doğrudur. Çox sağ olun, təşəkkür edirəm. Bunu bizim idman muzeyində qoymalıyıq. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti simvoludur və bizim gənclərimizin yüksək keyfiyyətə malik olmasının təzahürüdür. Bax, ağır bir yarışda qazanılmış bu medalı bizim Cansu qızımız Azərbaycana ərməğan etdi. Sağ ol. Bütün Azərbaycan xalqı səni sevir, sən bilirsən, sizin hamınızı. Çox sağ olun.
Cansu Bektaş: Mən də onları çox sevirəm.
Türkiyə Ağır Atletika Federasiyasının vitse-prezidenti Yasin Arslan: Bu da bizim federasiyamızın – Türkiyə Ağır Atletika Federasiyasının loqosudur, cənab Prezidentim. Xahiş edirəm, bunu da qəbul edəsiniz.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm.
Talat Ünlü: Bu, Mehriban xanıma hədiyyədir.
Mehriban xanım Əliyeva: Çox sağ olun, çox təşəkkür edirəm. Mən onu geyinim, bərabər şəkil çəkdirək. Çox sağ olun.
Talat Ünlü: Bu da günün anlam və önəmi üçün, cənab Prezidentim, Sizə ölkəmizin milli forması.
Sonra görüş çay süfrəsi arxasında davam etdirilib.
Prezident İlham Əliyev: Bir daha təbrik edirəm. Siz doğrudan bütün Azərbaycan xalqını sevindirdiniz. Cansu qızımız söylədi ki, Azərbaycana ərməğan edirəm. Bütün Azərbaycan xalqının duyğularına toxundu, hamımızı xoşbəxt etdi. Biz Mehriban xanımla sizə yazdığımız məktubda qeyd etdik ki, sizinlə qürur duyuruq. Həqiqətən belədir.
Talat Ünlü: Hörmətli cənab Prezidentim, həm Mehriban xanıma, həm də Sizə ölkəm adından, idmançılarım adından çox təşəkkür edirəm. Bizi çox xoşbəxt etdiniz. Çünki belə bir gündə bizi buraya dəvət etməyiniz, burada qonaq qəbul etməyiniz çox böyük bir məna və önəm daşıyır. Orada ən çox üzücü olan bayrağımızın yandırılması təbii ki, içimizi yandırdı.
Prezident İlham Əliyev: Bəli, bir də ki, o bayrağı yandırana hər hansı bir cəza da verilmədi, heç bir şey edilmədi, heç bir söz də deyilmədi, əksinə, onu alqışlarla salamladılar. İndi, bilirsiniz, bayraq yandırmaqla heç kim heç nə əldə etmir. 24 apreldə Azərbaycan və Türkiyə bayraqlarını Ermənistanın əsas meydanında yandırmışdılar. Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, mən dedim, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir.
Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax, zəfər budur, qürurverici hallar budur. Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layiqdir. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hər zaman bir yerdə.
İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun. Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür.
Yuxarı
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
DÇ-2026: Bugünkü oyunların təqvimi və nəticələr
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki