Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Qol.az xəbər verir ki, 60 kq-dakı Nihat Məmmədli 1/8 finalda Edmond Nazaryana (Bolqarıstan), 97 kq-dakı Arif Niftullayev eyni raundda Artur Omarova (Çexiya) uduzub. Nihat Məmmədli təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) finala vəsiqə qazanmağı bacarıblar. Həsrət Cəfərov 1/8 finalda portuqaliyalı Pedro De Moraisə, 1/4 finalda norveçli Havard Yorgensenə, yarımfinalda isə türkiyəli Murat Firata qalib gəlib.
Ülvü Qənizadə 1/8 finalda ukraynalı Andrey Kulikə, 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrova, yarımfinalda isə türkiyəli Selçuk Cana qalib gəlib.
Yarımfinala qədər irəliləyən Rafiq Hüseynov (82) 1/8 finalda isveçrəli Mark Veberə, 1/4 finalda ermənistanlı Samvel Qriqoryana, final uğrunda görüşdə isə Türkiyə təmsilçisi Burhan Akbudaka uduzub. O, sabah bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) gümüş medala sahib çıxıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord