“Kubok iki oyundan ibarətdir. Bu gün yalnız ilk hissə bitdi”.
Qol.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalının ilk oyununda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Mütəxəssis qələbə ilə azarkeşləri sevindirdiklərini bildirib: “Bu gün azarkeşlərimiz önündə çıxış edirdik. Ona görə də ev oyununda üstünlük qazanmaq istəyirdik. Bu gün məğlub olsaydıq, Bakıda işimiz çətin olardı. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərimizi sevindirdiyimiz üçün şadam. İndi artıq ikinci görüşə hazırlaşmalıyıq”.
“Turan Tovuz”un baş məşqçisi qələbəyə baxmayaraq, “Neftçi”nin cütün favoriti olduğunu söyləyib: “Neftçi”nin gücü bəllidir. Heyətində çox yaxşı futbolçular var. İkinci hissədə yaxaladığımız qol epizodundan faydalandıq. Bir qədər zədələr məni üzdü. Sıx qrafikdə oynamağın çətinliyi sözünü deyir. Amma inanıram ki, futbolçularım həm çempionatda, həm də kubokun cavab matçında tam güclərini ortaya qoyacaqlar. Əlbəttə, “Neftçi” favoritdir. Lakin təslim olmayacağıq, maksimum mübarizə aparacağıq”.
A.Abbasov futbolçularını bugünkü görüşə xüsusi motivasiya etmədiyini bildirib: “Turan Tovuz”un müəyyən fasilədən sonra Premyer Liqada ilk ilidir. Amma buna baxmayaraq, kubokda bura qədər irəliləməyimiz özü motivasiyadır. Futbolçular hiss edirlər ki, final oynaya bilərlər. Futbolçu karyerası uzun olmur. Ona görə də hər kəs final həyəcanı yaşamaq, titul qazanmağı arzulayır. Yəni yarımfinalın özü bir motivasiyadır. Son matçlarda müəyyən qədər istədiyimiz nəticələri əldə edə bilmirdik. Futbolçularla söhbətimiz oldu. Mən onlardakı enerjini, istəyi görürdüm. Hansısa oyunda nəticə qazanmaya bilərik. Amma buna qədər olan xalları qazanan da məhz bu futbolçulardır”.
O, kubokda 2 dəfə final oynadığı “Sumqayıt”la hazırkı komandasını müqayisə etmək istəməyib: “Sumqayıt”la “Turan Tovuz”u müqayisə etmək bir qədər düz olmaz. Çünki həmin vaxt sərəncamımda oturuşmuş heyət var idi. İlk finaldan sonra klubdakı inkişaf göz önündə idi. Bəlkə bu dəfə də finala çıxsaq, bu da “Turan Tovuz”un inkişafına təkan verəcək. Amma rəqibi unutmaq olmaz. “Neftçi” də neçə ildi finala çıxa bilmir. Onlar da kuboku qazanmaq istəyirlər. Ona görə də bizi çox gərgin cavab matçı gözləyir”.
Abbasov qarşıdakı Premyer Liqa matçında güclərini kubokun cavab oyununa qorumayacaqlarını vurğulayıb: “Qarşıda bizi “Sabah”la çətin çempionat oyunu gözləyir. Həmin matçda gücümüzü qoruyacağımızı deyə bilmərəm. Düzdür, heyətdə dəyişikliklər olacaq. Həm qrafik sıxdır, həm də zədəlilərimiz var. Lakin unutmaq olmaz ki, bizim çempionatda da xallara ehtiyacımız var”.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi