Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Qol.az xəbər verir ki, o, yarımfinalda polşalı Anna Lukasyakla qarşılaşıb.
Stadnik rəqibinə 9:0 hesabı ilə qalib gəlib.
Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi Oksana Livaç (Ukrayna) olacaq.
59 kq-da çıxış edən Alyona Kolesnik ukraynalı Yuliya Tkaça 0:10 hesabı ilə məğlub olub və finala çıxmaq şansını əldən verib. O, bürünc medal qarşılaşmasında türkiyəli Eda Tekini sınağa çəkəcək.
55 kq-da yer alan Elnurə Məmmədova da 3-cü yer uğrunda mübarizə aparacaq. Buna idmançının 1/4 finalda uduzduğu rumıniyalı Andrea Ananın finala vəsiqə qazanması səbəb olub. Elnurə bürünc medal uğrunda polşalı Katarjina Kravçikla güləşəcək.
Medal qarşılaşmaları sabah keçiriləcək.
* * *
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Qol.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən titullu idmançımız təsnifatda türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.
Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) 1/8 finalda Litva təmsilçisi Laura Staneliteni üstələyərək növbəti raunda yüksəlib.
Alyona Kolesnik (59 kq) isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video