"Hamı Avstriya ilə matçdan qələbə gözləyirdi. Çünki milli ardıcıl 5 matçda qalib gəlmişdi. Dedik ki, bəlkə davamı gələr".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriyaya uduzduğu ilk oyun və bu gün İsveçə qarşı keçirəcəyi matç barədə danışıb.
Yığmamızın sabiq hücumçusu bildirib ki, millimiz Avstriya ilə oyunda kobud səhvlərə yol verib: "Əhval-ruhiyyə yaxşı idi. Biz də müsbət nəticə gözləyirdik. Avstriya ilə oynamaq mümkün idi. Çünki bizdən həddindən artıq güclü komanda deyil. Matçın ilk 15 dəqiqəsinə baxanda dedim ki, yığmamız bu oyundan minimum 1 xal qazana bilər. Amma qol buraxandan sonra komanda yatdı. Müdafiədə kobud səhvlər etdik".
Mütəxəssis baş məşqçi Canni de Byazinin gənc qapıçı Yusif İmanova belə bir oyunda şans verməsinin düzgün olmadığını düşünür: "Yusif İmanov gəncdir, gələcəyi var. Amma mənə elə gəlir ki, həmin oyunda Səlahət Ağayevə şans verilsəydi, daha yaxşı olardı. Demirəm ki, Səlahət olsaydı, mütləq qələbə qazanardıq. Söhbət ondan getmir. Sadəcə olaraq, Yusif gəncdir. Demək olar ki, ilk dəfə 30 minlik azarkeş qarşısında oynayırdı. O, maksimum 2 min azarkeş qarşısında çıxış edib. Milli komanda isə tamam başqadır. Bunu nəzərə almaq lazım idi. Canni de Byazi Yusifə şans verməklə bir az tələsdi. Gəncdir, səhvlərə yol verdi. Amma inanıram ki, onun gələcəkdə yaxşı nailiyyətləri olacaq".
Y. Hüseynovun fikrincə, millimiz matçın 2-ci hissəsində daha çox səhvlərə yol verib: "Qoldan sonra komandamız oyununu tamamilə itirdi. İkinci hissədə müdafiədə əvəzetmələr oldu. Düşündüm ki, bunun komandaya bir köməyi dəyər. Amma əfsuslar olsun ki, alınmadı. Məncə, müdafiədə 1-ci hissədən çox, 2-ci hissədə boşluqlar əmələ gəldi. Avstriya həmin boşluqların çoxundan istifadə edə bilmədi. Əgər yararlansaydılar, hesab daha da başqa cür olardı. Komandamızın oyunu heç xoşuma gəlmədi".
Hüseynov bu gün İsveçin Azərbaycana mütləq şəkildə qalib gəlməyə çalışacağını deyib: "Bilirsiniz ki, İsveç ilk oyunda öz meydanında uduzub. Onlar da qalib gəlmək istəyəcəklər. Ümumiyyətlə, hər bir komanda bir çempionatda özündən zəif komandalara mütləq qalib gəlməlidir. Nəyəsə nail olmaq istəyirsənsə, bunu etməlisən. Çempion olmaq üçün mütləq aşağıda gedən komandalara həm öz meydanında, həm də səfərdə qalib gəlməlisən. O baxımdan bu dəqiqə nə İsveçdən güclüyük, nə Avstriyadan, nə Belçikadan. Onların əsas mərhələyə çıxmaq şansı 90 faizdirsə, bizdə 10 faizdir. İsveç Avro-2024-ün finalına vəsiqə qazanmaq istəyirsə, qarşılarına məqsəd kimi bugünkü matçda mütləq Azərbaycana qalib gəlməyi qoyublar".
Mütəxəssis bütün rəqiblərin Azərbaycana qarşı ciddi hazırlaşdığını bildirib: "Bugünkü matç həddindən artıq çətin olacaq. Çox ciddi hazırlaşıblar. Mənə elə gəlir ki, ümumiyyətlə, hazırkı dövrdə bütün komandalar Azərbaycana qarşı ciddi hazırlaşır. Çünki futbolda hər şey ola bilir. Yadınızdadırsa, Argentina dünya çempionatında qrupdakı ilk görüşündə Səudiyyə Ərəbistanına uduzdu. Həmişə zəif komandalara yuxarıdan aşağı baxırlar. Ona görə də hamı oyunlara ciddi hazırlaşır".
Hüseynov millimizin İsveçlə görüşdə müsbət nəticə qazanacağına ümid etmədiyini deyib: "Bu gün millimiz üçün çətin olacaq. Hamımız istəyirik ki, yığma yaxşı nəticələr qazansın. Onlara uğurlar arzu edirik. Amma açığı, bu gün müsbət nəticə üçün o qədər də inamım yoxdur".
O, sonda qeyd edib ki, yığma digər görüşlərdə də Avstriya ilə matçdakı kimi çıxış etsə, yaxşı nəticələr əldə edə bilməyəcək: "Digər matçlarda da Avstriya ilə görüşdəki kimi oynasaq, bizim üçün heç bir ümid yoxdur".
Nur Zeynalova
Superkubok matçı azarkeşlərsiz keçiriləcək
"Bu, onun son matçı ola bilər"
ÇL-də "Qarabağ"a iki qol vuran futbolçu klubunu dəyişdi
"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı
"İmişli"nin futbolçusu milliyə dəvət aldı
"Bavariya" Avstriya klubuna böyük hesabla qalib gəldi
"Milan" Balkanlara üz tutdu, rədd cavabı aldı
Mareska "Çelsi"dən gedişindən sonra ilk dəfə açıqlama verdi
Ronaldo rəhbərliyə "Real"ın oyunçusunu tövsiyə etdi
Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
Mbappe Superkubok matçında oynamayacaq
"Zirə" heyətini millinin futbolçusu ilə gücləndirdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi
"Beşiktaş" qapıçısı ilə müqaviləni ləğv etdi
Vinisius üçün 160 milyon avro
“Turan Tovuz”dan ayrıldı - Bu ölkənin klubuna keçdi
“Liverpul” - “Qarabağ” oyununun biletləri bu qiymətədir
AFFA bu oyunu şübhə altına aldı - Araşdırma başlayır
"Şamaxı" millimizlə qarşılaşacaq
Viktor Qonçarenkonun yeni işi rəsmiləşdi
"Çelsi" yeni baş məşqçisini açıqladı
“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi
Mahir "Kayzerslautern”dən ayrılacaqmı? - Açıqlama+Video
“Latsio”nun hücumçusu "Vest Hem"də - Rəsmi
“Sabah”dan 3 illik müqavilə
Xorvatiya klubundan "Zirə"yə keçdi
"Barselona"ya qayıdır
"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi
"Spartak"ın yeni baş məşqçisi açıqlandı
İbrahim Uzuncanın "Xankəndi"dəki vəzifəsi dəyişdi
“Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi
"Mançester Siti"nin futbolçusunun ayağı qırıldı
"Qalatasaray"ın "Trabzonspor"a vurduğu 4 qol - Video
“Zirə”nin futbolçusu üçün Afrika Millətlər Kuboku başa çatdı
“Qalatasaray” finalda
“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
Noyer 15 ildən sonra "Bavariya"dan gedəcək?
"Yuventus" sabiq futolçusunu geri istəyir
Amorimə külli miqdarda təzminat ödəniləcək
Vinisius üçün 150 milyonluq təklif var
"Sabah"da ən çox forma geyinən futbolçu klubdan ayrıldı
“Qəbələ”dən ilin ilk transferi - Rəsmi