Almaniya millisinin sabiq müdafiəçisi Filip Lam Çempionlar Liqasının 1/8 finalında PSJ-nin "Bavariya"ya uduzaraq mübarizəni dayandırmasından sonra Paris klubunu tənqid edib.
Qol.az xəbər verir ki, o "L'equipe"ə açıqlamasında PSJ-nin fərdi oyunçulardan təşkil edildiyini, komanda olaraq mübarizə aparmadığını deyib:
“Kilian Mbappe məsələsi fərqli bir hekayədir. O, şübhəsiz ki, dünya səviyyəli oyunçudur. Amma onun istedadı bu komandada tam istifadə olunmur. Münhendə o, sadəcə topun ayağına toxunmasını gözləyirdi. Mbappe PSJ-dən ayrılsaydı, karyerasının necə inkişaf edəcəyini təsəvvür belə edə bilmirəm.
Bu hədsiz dərəcədə bahalı komanda hər kəsin heyran olduğu, lakin heç kimin ala bilmədiyi qiymətli əşyaların satıldığı lüks mağazaya bənzəyir. Diqqəti cəlb edir və yalnız marketinq baxımından işləyir. Bu qədər pul xərclənirs, amma oyunun keyfiyyəti yoxdursa, bu çox pisdir.
Serxio Ramos əla mərkəz müdafiəçisidir. O, hələ də keyfiyyət göstərir. Amma bu, digər oyunçulara kömək etmir. Çünki PSJ komanda deyil.
Parislilərin üç ay əvvəl dünya çempionatının finalında planeti silkələyən iki oyunçusu var. Onların Messi və Mbappe, üstəlik, son 10 ilin ən yaxşı braziliyalısı Neymarları var. Lakin PSJ oyunçuları sadəcə olaraq necə kollektiv şəkildə hərəkət edəcəklərini bilmirlər".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”