Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Elmir Əliyev (60 kq) 1/4 finalda türkiyəli Mert İlbarsı üstələyib. Əliyev yarımfinalda Dmitri Xaçidze (Gürcüstan) ilə qarşılaşıb və rəqibinə 7:1 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Həsən Məmmədli (67 kq) 1/8 finalda Mixail Portmannı (İsveçrə) üstələsə də, növbəti raundda türkiyəli Mustafa Yıldırıma məğlub olub. Türkiyə təmsilçisi finala yüksəldiyindən Məmmədli bürünc medal şansını davam etdirəcək.
Qurban Qurbanov təsnifat mərhələsindən etibarən ardıcıl olaraq Luka Malobabiç (Xorvatiya), İqor Botez (Rumıniya) və Yoni Komppanı (Finlandiya) məğlub edib. Qurbanov yarımfinalda gürcüstanlı Giorgi Çxikvadze ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatsa da, Azərbaycan təmsilçisi sonuncu xal prinsipinə əsasən finala adlayıb. Qurbanovun qızıl medal görüşündə rəqibi ukraynalı İrfan Mirzoyev olacaq.
Murad Əhmədiyev (97) 1/8 finaldan yarışa qoşulub. O, əvvəlcə serbiyalı Luka Katiçə, daha sonra isə ukraynalı Aleksandr Yevdokimova qalib gəlib. Əhmədiyev yarımfinalda Almaniya təmsilçisi Lukas Lazogianisə 7:5 hesabı ilə qalib gəlib. O, finalda macarıstanlı Aleks Şokeni sınağa çəkəcək.
İsmayıl Rzayev (82 kq) isə ilk görüşündə 1/8 final çərçivəsində Norveç təmsilçisi Eksaus Mukubuya uduzub.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.
Bir gün əvvəl finala yüksələn Xasay Həsənli (77 kq) bu gün həlledici görüşdə moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq. Sərxan Məmmədov (130 kq) isə təsəlliverici qarşılaşmada Gean Ali güləşəcək.
Xatırladaq ki, ötən gün Azərbaycan yığmasının üç yunan-Roma güləşçisi mübarizəni erkən başa vurub.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida
“Çelsi”dən ardıcıl üçüncü məğlubiyyət
“Səbail” - “Şimal” matçında 7 qol - Video
Cəlal oynadı, komandası uduzdu
Superliqada 13-cü tura start verildi
“Xankəndi”dən səfər qələbəsi - Video
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi