"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 26-cı turunda "Şamaxı"ya qalib gəldikləri matç (1:0) barədə danışıb.
Qol.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: "Bu cür meydançada oynamaq çətindir. Komandamı üç xal münasibəti ilə təbrik edirəm. Bu cür oyunları analiz etməyəcəm. Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Gələcəyə baxıb, növbəti oyunlara hazırlaşmalıyıq".
Regekampf Şamaxı şəhər stadionunun süni ot örtüklü olması haqda da danışıb: "Futbol oynamaq istəyən komanda üçün bu cür meydança üstünlük deyil. Çünki dönmələr çətin olur. Hərəkətlər, hər bir şey normal meydançadakı kimi baş vermir. Sürət də, həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan burada oynaması çətindir".
Çalışdırıcı "Sizə elə gəlmir ki, oyununuzla yox, rəqibin fərdi səhvi ucbatından qalib gəldiniz" sualını belə cavablandırıb: "Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. Rəqib daha açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. İstəmirəm ki, rəqibin oyunçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu meydançada bir qol buraxdınsa, sonrası çətin olacaq".
Regekampf futbolçusu Kilan Lebonu fasilədə əvəzləməsinə də toxunub: "Onun ayağında problem var idi. Həkim heyəti əlindən gələni etdi ki, bu gün meydana çıxa bilsin. Buna baxmayaraq, oyunun gedişatında ağrılar hiss etdi və rəqiblə birəbir epizodlara girə bilmirdi. Ona görə də, fasilədə onu əvəzləməyə qərar verdim. Ümid edirəm ki, növbəti oyunlarda sərəncamımda olacaq".
Mütəxəssis sonda futbolçusu Vato Arveladza hqqında da danışıb: "Vato bizim üçün yaxşı seçimdir. Çox yaxşı məşq edir. Bu gün meydana çıxmağa layiq idi. Hər zaman ona şans verəcəyik".
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı