Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində qızıl medal qazanıb.
Qol.az xəbər verir ki, təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gəlib.
Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.
Qadın güləşi
53 kq
Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5
1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4
Yunan-Roma güləşi
63 kq
1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1
1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4
Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2
67 kq
1/8 final: Həsrət Cəfərov – Luiz Sançes (Kuba) 1:5
* * *
Xorvatiyada güləş üzrə "Zaqreb Open" turniri davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi yarışda mübarizəyə başlayacaq.
Yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq) 1/4 finalda Jakopo Sandron (İtaliya) - Şermuhammad Şaribjanov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) 1/8 finalda Luis Alberto Sançes (Kuba) - Sinq Karanjit (Hindistan) duelinin güclüsü ilə güləşəcək.
Qadınların yarışında Elnurə Məmmədova (53 kq) Li Denqlə (Çin) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi