Devid Bekhem növbəti dəfə ata olacaq

Devid Bekhem növbəti dəfə ata olacaq
DÜNYA FUTBOLU 10 Yanvar 2011 / 13:36 2538
-  A +

Məşhur futbolçu Devid Bekhem və onun həyat yoldaşı Viktoriya dördüncü uşağı gözlədiklərini bəyan ediblər. Qol.Az-ın “BBC News”a istinadən verdiyi məlumata görə, uşaq yayda doğulmalıdır. Lakin cütlük konkret tarixi deməyib. Bekhemlər ailəsində artıq 3 uşaq böyüyür. Bunlar 11 yaşlı Bruklin, 8 yaşlı Romeo və 5 yaşlı Kruzdur. Oğlanlar onlar üçün daha bir qardaş və ya bacının dünyaya gələcəyi günü çox həyəcanla gözləyirlər. Ailə hazırda Böyük Britaniyada yaşayır. Bu, ABŞ-ın “Los-Anceles Qalaksi” klubuna məxsus 35 yaşlı Bekhemin İngiltərənin “Tottenhem” komandasına iki aylıq icarəyə verilməsi ilə bağlıdır. “Tottenhem”lə müqaviləsi başa çatdıqdan sonra onlar ABŞ-a qayıdacaqlar.
Qeyd edək ki, İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem “Spice Girls” qrupunun üzvü Viktoriya Adamsla 1999-cu ildə ailə qurub.

Son xəbərlər