ABŞ-ın Ayova ştatının Koralvill şəhərində sərbəst və qadın güləşi üzrə Dünya Kuboku keçirilib.
Qol.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, sərbəst güləş üzrə yarışda Dünya yığmasının tərkibində yer alan Osman Nurmaqomedov (92 kq) uğurlu çıxış edib. Yığma komandanın üzvü B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlib - 10:0. Təmsilçimiz iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyi isə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub edib. Yaponiyaya (9:1) qalib gəlib, İrana (4:6) uduzan Dünya yığması B qrupunda 2-ci yeri tutub və bürünc medal uğrunda Gürcüstanla qarşılaşıb. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. Belə ki, Osman Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Beləliklə, yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.
Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.
Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib olub.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”