Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Qol.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/4 finala yüksəlib.
Günün digər qarşılaşmasında isə Braziliya Cənubi Koreya ilə qarşılaşlb. Oyun cənubi amerikalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Xorvatiya və Braziliya 1/4 finalda üz-üzə gələcəklər.
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
23:00. Braziliya - Cənubi Koreya - 4:1
Qollar: Vinisius Junior, 7 (1:0), Neymar, 13-pen. (2:0), Rişarlison, 29 (3:0), Lukas Paketa, 36 (4:0), Seung-Ho Paik, 76 (4:1)
Baş hakim: Kleman Türpen (Fransa)
"974" stadionu
19:00. Yaponiya - Xorvatiya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qol: Maeda, 44 (1:0), Perişiç, 56 (1:1)
Baş hakim: İsmail Elfat (Braziliya)
Penaltilər seriyası
Yaponiya: - - + -
Xorvatiya + + - +
"Əl Cənub" stadionu
1/4 final cütlükləri
9 dekabr
19:00.Xorvatiya - Braziliya
23:00. Niderland - Argentina
10 dekabr
23:00. İngiltərə - Fransa
Gerye Bakıda - Şəkil
"Beşiktaş" böyük hesabla qalib gəldi
FİFA Ximenez, Muslera, Kavani və Qodini cəzalandırdı
"Borussiya"dan yeni transfer
"Mançester Yunayted"i bu milyarder alır
PSJ onunla razılaşdı
"Barselona" bunu bacarmasa, fəlakət olacaq"
"Qarabağ" kimi komandaya qoşulduğum üçün xoşbəxtəm"
"Barselona"da yeni müqavilə
"Traktor"dan qələbə
Ronaldoya qiymətli hədiyyə
Messi, Mbappe, Benzema...
"Zirə"nin yeni transferi "Dinamo" Kiyevdən niyə ayrılıb?