Klub prezidentini söyən futbolçu rəsmən "Milan"da

Klub prezidentini söyən futbolçu rəsmən "Milan"da
DÜNYA FUTBOLU 3 Yanvar 2011 / 22:49 2761
-  A +

İtaliyanın "Milan" klubu "Sampdoriya"nın hücumçusu Antonio Kassanonu transfer etdiklərini rəsmən təsdiqləyib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı anlaşmanın detallarını açıqlamayıb.

İtaliya mətbuatı isə Kassano ilə 3,5 illik müqavilə bağlanıldığını yazıb. 28 yaşlı forvard ildə 2,8 milyon avro əmək haqqı alacaq.

Qeyd edək ki, Antonio Kassano "Sampdoriya"dan klub prezidenti Rikkardo Qarroneni söydüyü üçün kənarlaşdırılıb.


Son xəbərlər