Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala çıxıb.
Qol.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Vasile Diakonla (Moldova) güləşib və rəqibini 4:3 hesabı ilə məğlub edib. O, həlledici görüşdə Məhəmmədsadiq Firuzpurbandpeylə (İran) qarşılaşacaq. Qadjiyev bundan əvvəl 1/4 finalda Hrayr Alixanyana 4:2 (Ermənistan), 1/8 finalda Kusumsiri Palamureyə (Şri-Lanka) 10:0 hesabı ilə qalib gəlmişdi.
Vaxit Qalayev (125 kq) 1/4 finalda Alişer Yergaliyə (Qazaxıstan) uduzub. İntiqam Vəlizadə ilk mərhələdə Şri-Lanka təmsilçisi Oşanda Samaradivakaraya qalib gəldikdən sonra 1/8 finalda kolumbiyalı Elkin Santaya məğlub olub.
Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır