Yoahim Lövün mavi köynəyi 1 milyon avroya satıldı

Yoahim Lövün mavi köynəyi 1 milyon avroya satıldı
DÜNYA FUTBOLU 21 Dekabr 2010 / 16:54 2269
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv ölkəsində diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Lövün son mundialda geyindiyi mavi köynək Almaniyada keçirilən xeyriyyə proqramında 1 milyon avroya satılıb. Adı açıqlanmayan bir şəxsin mavi köynəyə bu qədər pul xərcləməsinə isə Löv də öz münasibətini bildirib: “Son mundialda bu köynəyi geyərkən komandam meydanı 4 qolla tərk edirdi. Heç kəsə sirr deyil ki, həmin dövrdə Almaniya millisi Argentina və İngiltərə kimi komandalara 4 qol vurmuşdu. Məhz buna görə də, köməkçilərim həmişə bu köynəyi geyinməyimi məsləhət görürdülər. Hazırda isə heç yumağıma belə icazə vermirlər”. 

Son xəbərlər