Aərbaycan güləşçiləri bu gün Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatında mübarizəyə başlayacaqlar.
Qol.az xəbər verir ki, yarışda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi qüvvəsini sınayacaq. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar.
İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) mübarizə aparacaqlar. Eldəniz 1/8 finalda Covanni Freni (İtaliya) ilə üz-üzə gələcək. Eyni raundda Ülvü Qənizadə Taişi Hori (Yaponiya)/İbrahim Məhəmmədov (Qazaxıstan) cütünün güclüsü ilə güləşəcək. Sənan Süleymanov isə İdris İbayevlə (Almaiya) qarşılaşacaq.
Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq.
Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq.
Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"